Romeodan...Al bu cani

Gedirsən bir daha dönməyəcəksən
Elədirsə al bu canı sonra get.
Dedin:Bir də məni görməyəcəksən
Elədirsə al bu canı sonra get.
Muellif: Murad Memmedzade
Al Bu Canı
Gedirsən bir daha dönməyəcəksən
Elədirsə al bu canı sonra get.
Dedin:Bir də məni görməyəcəksən
Elədirsə al bu canı sonra get.
Yaxın dedin uzaq olmusan mənə
Mən bir şeyda əlacım qalmış sənə.
Adətdir bu: baxmaz heç kəs gedənə
Elədirsə al bu canı sonra get.
Nə vaxt gördüm səni üzünə baxdım
O gözlərlə məni yandırdın yaxdın.
Artıq məndən də hündürlərə qalxdın
Elədirsə al bu canı sonra get.
-------------------------
Soyuqluq ancaq bədəndə deyilmiş
Ürək də nə vaxtsa soyuyur demə.
Əbədi məhəbbət əvvəl var imiş
Hər kəs öz qəlbini qoruyur demə
* * *
Yenə xəyal yenə düşüncələrdir
Sənsiz gecələrdə dərd ortaqlarım.
Sakit axan gözlərimdəki yaşdan
Yenə də islanır al yanaqlarım

divane bu seirin bu bendi daha gozeldi......
yene xeyal yene dusuncelerdir
sensiz gecelerde derd ortaqlarim
sakit axan gozlerimdeki yasdan
yenede islanir al yanaqlarim....
May 22, 2008 11:51